SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Gəncə Körpü Tikinti-2” 25 milyon manata Bakıda binaları təmir edəcək

“Gəncə Körpü Tikinti-2” 25 milyon manata Bakıda binaları təmir edəcək

  • 30 aprel 2026, 23:47

“Gəncə Körpü Tikinti-2” şirkəti Bakıda bir sıra binaların təmirini həyata keçirəcək.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinə sərf ediləcək vəsaitin həcmi məlum olub.

Məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqları yekunlaşdırıb.

Təmir işlərini “Gəncə Körpü Tikinti-2” şirkəti bu işlərə 24 985 363 manat vəsait sərf edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları