SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Cənubi Amerika ölkəsi ilə mina problemi üzrə əməkdaşlıq müzakirə edilib

Cənubi Amerika ölkəsi ilə mina problemi üzrə əməkdaşlıq müzakirə edilib

  • 29 aprel 2026, 23:01

Azərbaycan və Kolumbiya mina problemi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

Yurd.Media xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria ilə görüşüb.

H. Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edərək bildirib ki, xanım Santamaria ilə səmərəli müzakirələr aparıb:

"Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticari, mədəni və humanitar, turizm və insanlararası mübadilələr sahələrində əməkdaşlığı genişləndirmək üçün mühüm potensial mövcuddur".

Həm Azərbaycan, həm də Kolumbiyanın mina problemindən əziyyət çəkdiyini vurğulayan H. Hacıyev Kolumbiyanın XİN başçısının müavini ilə bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etdiklərini diqqətə çatdırıb.

"Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə Kolumbiya tərəfinə minnətdarlığımızı bildiririk", - PA-nın şöbə müdiri vurğulayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları