Bakıda fəaliyyət göstərən "Kingsmart" mağazalar şəbəkəsində satılan müxtəlif növ peçenye məhsullarının üzərində istehsal və son istifadə tarixi göstərilmir.
Bununla bağlı Yurd.Media-ya müraciət edən istehlakçıların sözlərinə görə məhsulların qablaşdırılması və üzərindəki məlumatların yapışdırılmasının mağazada həyata keçirildiyi məlum olsa da məhsulun istehsalat tarixi qeyd olunmayıb.
"Kingsmart"da rəfdəki məhsullarMəsələ ilə bağlı "Kingsmart" mağazalar şəbəkəsindən Yurd.Media-ya bildirilib ki, məhsulların istehsal və son istifadə tarixləri isə qablaşmanın (qutu/partiya üzrə) üzərində qeyd olunur və depoda saxlanılır.
"İstəyən şəxslər yaxınlaşaraq həmin qablaşmalar üzərindəki tarix məlumatları ilə əyani şəkildə tanış ola bilərlər. Eyni zamanda, məhsulun keyfiyyətinə əmin olmaq üçün dadına baxmaq imkanı da təqdim olunur".
Bildirilib ki, qeyd edilən etiketləmə forması yalnız həmin mağazaya aid deyil, hazırda bir çox satış nöqtələrində bu şəkildə tətbiq olunur.
"Kingsmart" deposundakı məhsullar