SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Xanabad, Badara, Xanyurdu, Seyidbəyli, Şuşakənd, Təzəbinə, Aşağı Oratağ kəndlərinə KÖÇ

Xanabad, Badara, Xanyurdu, Seyidbəyli, Şuşakənd, Təzəbinə, Aşağı Oratağ kəndlərinə KÖÇ

  • 29 aprel 2026, 19:56
Xocalı

Bugün Xanabad, Badara, Xanyurdu, Seyidbəyli, Şuşakənd, Təzəbinə, Aşağı Oratağ kəndlərinə növbəti köç baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, bugün Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç olub.

Köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb.

Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edərək, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib. Köçürülən sakinlər üçün bütün zəruri sosial infrastrukturun yaradıldığını, onların rahat yaşayışı üçün şəraitin təmin edildiyini bildirib.

Mərasimdən sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları