SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Xaricdən telefon gətirənlər əlavə xərcə düşəcək

Xaricdən telefon gətirənlər əlavə xərcə düşəcək

  • 23 oktyabr 2025, 19:22

Azərbaycana gətirilən mobil telefona əlavə ödəniş tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.

Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edənən mobil cihazlarım hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.

Prime Leasing