“Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) “Sənaye Cihaz” Elmi İstehsalat Müəssisəsi gömrük qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsi tərəfindən müəssisədə yoxlama aparılıb.
Məlum olub ki, “Sənaye Cihaz” Elmi İstehsalat Müəssisəsinin ünvanına 2026-cı ildə mallar yük nəqliyyat vasitəsilə idxal olunub, lakin həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına daha gec təqdim edilib.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi 15 iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük orqanına təqdim edilməlidir.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sənaye Cihaz” Elmi İstehsalat Müəssisəsi 300 manat məbləğində cərimə olunub.
Bundan əlavə “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sənaye Cihaz” Elmi İstehsalat Müəssisəsi daha bir gömrük qaydasını pozduğu üçün cərimələnib.
Binəqədi Rayon Məhkəməsinə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsi tərəfindən daxil olan protokoldan görünür ki, müəssisənin ünvanına 2026-cı ilin başqa bir vaxtında yük nəqliyyat vasitəsilə idxal olunub, lakin həmin mallara dair də gömrük bəyannaməsi vaxtından gec gömrük orqanına təqdim edilib.
Həmin inzibati protokol üzrə də müəssisə 300 manat cərimə edilib.