SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Hüseynqulu Bağırovun universitetinin vergi borcu yaranıb

Hüseynqulu Bağırovun universitetinin vergi borcu yaranıb

  • 22 oktyabr 2025, 21:07

Qərbi Kaspi Universitetinin vergi borcu yaranıb.

Yurd.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, özəl təhsil müəssisəsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun yığıldığı məlum olub.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, bu borcun miqdarı 17 791.13 manat təşkil edir. 

Qeyd edək ki, Qərbi Kaspi Universiteti 1991-ci ildə yaradılıb. Universitetin Qəyyumlar Şurasının sədri sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırovdur. Reyestrdə isə universitetin qanuni təmsilçisi Rəşad Hüseynqulu oğlu Bağırovdur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları