SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Rail Trans Service” cərimələndi - MƏHKƏMƏ QƏRARI

“Rail Trans Service” cərimələndi - MƏHKƏMƏ QƏRARI

  • 21 aprel 2026, 11:43
Ağdam

"Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət müfəttişliyi xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şirkətdə araşdırma aparılıb. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə) maddəsi ilə protokol yazılıb. 

Ağdam Rayon Məhkəməsinin qərarı ilə “Rail Trans Service” 1000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Rail Trans Service” MMC 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı layihəsini həyata keçirir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları