Fövqəladə Hallar Nazirliyi yarım milyon manata minik maşınları alacaq.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti "Auto Azərbaycan” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Müqavilədə minik avtomobillərinin satin alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 471 400 manatdır.
Qurum bu məbləğə 7 ədəd sedan tipli minik avtomobili almağı planlaşdırır. Bu halda 1 ədəd avtomobilin qiyməti orta hesabla 67 342 manata düşür.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 17 352 742 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
"Auto Azərbaycan” şirkəti Azərbaycanda "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.