Milli Məclisin keçmiş üzvü Rüfət Quliyevə məxsus Azərbaycanın aparıcı siqaret istehsalçısı - “European Tobacco-Baku" ASC bazarı tərk edir.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
Elanda deyilir ki, müəssisə ləğv olunur. Kreditorlar hesablaşma üçün iki ay vaxtı var. Müraciətlər Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 21 ünvanında qəbul olunur.
"European Tobacco-Baku" 2001-ci ildən fəaliyyət göstərirdi.
Bir qədər əvvəl səhmdar cəmiyyətinin nizamnamə kapitalı 44 501 314,34 manat və yaxud 333,3 dəfə azaldaraq 44 635 220 manatdan 133 905,66 manata endirilmişdi.
Keçmiş deputatın siqaret biznesindən əl çəkməsi bazarın digər iştirakçısı “Tabaterra” QSC-nin çiçəklənməsi fonunda baş verib. Ötən il “Tabaterra” ixrac gəlirlərini 35% artıraraq 46,7 milyon ABŞ dollarına, mənfəət vergisi ödəmələrini isə 1,1% artırarar 697 milyon manata çatdırıb.