SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakının bu hissəsində də evlər plana düşür - SİYAHI

Bakının bu hissəsində də evlər plana düşür - SİYAHI

  • 23 oktyabr 2025, 13:04
Bakı

Bakıda plana düşəcək daha bir neçə rayondakı ünvanlar açıqlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Yurd.Media-ya bildirilib ki, söküntü işləri Binəqədi, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək.

Komitənin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd olunub ki,  Binəqədi rayonunun 1-ci Mədən küçəsi, korpus 54 ünvanında, 2-ci Mədən küçəsi, korpus 73 və 98 ünvanında, həmçinin Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6 ünvanında, eləcə də Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Prime Leasing