Bakıda 16 mərtəbəli bninanın damında sonradan tikilən əlavə mərtəbədəki ev problemlərə səbəb olub.
Yurd.Media xəbər verir ki, "Səfalı" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin sakini İlhamə Əliyevanın sözlərinə görə, Məhəmməd Hadi küçəsi 58A ünvanında, 492 nömrəli mənzilini əsaslı təmir etdirməsinə baxmayaraq, evində bir gün belə rahat yaşaya bilməyib.
"Xəzər Xəbər"ə danışan İlhamə Əliyeva iddia edir ki, MTK binanın mansard mərtəbəsini başqa bir vətəndaşa satdıqdan sonra onun 16-cı mərtəbədə yerləşən 3 otaqlı mənzilində təkcə mətbəx deyil, demək olar ki, bütün otaqlar yararsız vəziyyətə düşüb. İlhamə Əliyeva hazırda çıxılmaz vəziyyətdə qaldığını bildirir:
Onun sözlərinə görə, hazırda nə MTK, nə də 17-ci mərtəbədə yaşayan qonşu yaranmış problemin həlli üçün hər hansı addım atır və ya onun müraciətlərinə məhəl qoyur:
İlhamə Əliyeva deyir ki, yaşayış kompleksinin komendantı Fuad Həsənov mənzilə baxış keçirsə də, baş verənlərlə bağlı akt tərtib etməyib. Bu səbəbdən vətəndaşın məhkəməyə müraciət etməsi də çətinləşib. İddialarına aydınlıq gətirmək üçün yaşayış kompleksinin komendantı Fuad Həsənovla əlaqə saxladıq:
Çıxılmaz vəziyyətdə qalan vətəndaş bildirir ki, bundan sonra aidiyyəti dövlət qurumlarına təkcə yuxarı mərtəbədə yaşayan qonşusu ilə bağlı deyil, mənzili aldığı tikinti şirkəti barədə də müraciət edəcək.