SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bu elektrik cihazını ölkəyə gətirməyə görə 5 min manatadək CƏRİMƏ

Bu elektrik cihazını ölkəyə gətirməyə görə 5 min manatadək CƏRİMƏ

  • 01 iyul 2026, 18:56

Azərbaycanda da müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulur.

Yurd.Media xəbər verir ki, bu gündən Azərbaycanda 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatadək gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilib.

Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, 2025-ci il aprelin 11-də qəbul edilən qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minib.

Qanuna əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan elektrik közərmə lampaları 2026-cı il iyulun 1-dən tarixlərdən idxalı, istehsalı və satışı qadağan edilib.

Qeyd edək ki, sözügedən lampaların idxal, istehsal və ya satışına görə cərimələr də nəzərdə tutulub. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun bu gündən qüvvəyə minib

Qanuna əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 vatt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulur. Buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunub, artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənib.

LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1) müəyyən edilib ki, 15 000 saat istehlak müddəti olan 1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində orta hesabla 2 dəfədən, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları