SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ağsuda bələdiyyə 2 min manat cərimələndi

Ağsuda bələdiyyə 2 min manat cərimələndi

  • 25 avqust 2026, 13:05
Ağsu

Ağsu rayonu Ərəbuşağı bələdiyyəsi cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinin pozulması ilə bağlı vətəndaş şikayəti əsasında Ağsu rayonu Ərəbuşağı bələdiyyəsinə məktub göndərilib. 

Həmin məktubla şikayət xarakterli müraciətə aydınlıq gətirmək və müraciətdə adı qeyd olunan şəxslərə aid əmək qanunvericiliyi üzrə təsbit olunmuş sənədlərin 7 iş günündən gec olmayaraq təqdim edilməsi xahiş edilib. 

Lakin həmin sənədlər bələdiyyə tərəfindən müvafiq quruma təqdim edilməyib. 

Bu səbəbdən də Ağsu rayonu Ərəbuşağı bələdiyyəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə Ağsu rayonu Ərəbuşağı bələdiyyəsi 2000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Ağsu rayonu Ərəbuşağı bələdiyyəsinin sədri İbrəhimov Məzahir Balacan oğludur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları