SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sabaha görə bugün metro 1 saat çox işləyəcək

"Sabah"a görə bugün metro 1 saat çox işləyəcək

  • 25 avqust 2026, 18:16

Bu gecə "Bakı Metropoliteni"də ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq

Bu axşam saat 20:45-də "Sabah"ın UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

"Bakı Metropoliteni"ndən Yurd.Media-ya bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında əlavə tədbirlər görüləcək. Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları