“FRİEND” Məhdud Məsuliyyətli Cəmiyyətdə qanun pozuntusu aşkar olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən bir sıra bölgələrdə tikinti işlərini icra edən şirkətdə yoxlama aparılıb.
Məlumata görə, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparılmaması göstərilib.
Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə “FRİEND” MMC 1500 manat cərimə edilib.
Qeyd edək ki, 2019-cu ildə yaradılan “FRİEND” MMC-nin direktoru Natiq İbadulla oğlu Əliyevdir. Cəmi 10 manat nizamnamə kapitalı olan şirkət azad olunmuş ərazilərdə də tikinti işlərinə cəlb olunur, ötən illərdə işçilərin maaşının verilməməsi ilə bağlı gündəmə gəlmişdi.