Azərbaycanda eyni şəxsə məxsus "AMP Consulting" və "AMP Service" MMC-lər birləşir.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.
Elanda deyilir ki, 1-ci şirkət 2-cinin ona qoşulması formasında yenidən təşkil olunur.
Kreditorlar tələblərini 2 ay müddətində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 37, mənzil 104 ünvanına bildirə bilərlər.