SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Qaradağ İcra Hakimiyyətindəki qurumun rəhbərinin ölkədən çıxışına stop qoyulub

Qaradağ İcra Hakimiyyətindəki qurumun rəhbərinin ölkədən çıxışına "stop" qoyulub

  • 01 iyul 2026, 14:05

Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Dövlət Sosial Müdafiə Fonduna 305 min manat məbləğində borcu yaranıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə qeyd olunub. 

İdarə məhkəməyə müraciət edərək, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi hüquqi şəxsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 304 997 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilib. 

Məhkəmə iddia tələbini təmin edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları