SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Sərhədçilər dənizdə qalan Neftçala sakinlərini xilas etdilər

Sərhədçilər dənizdə qalan Neftçala sakinlərini xilas etdilər

Neftçala

Sərhədçilər dənizində qalan Neftçala sakinlərini xilas etdilər.

Dövlət Sərhəd Xidmətindən Yurd.Media-ya bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə "Yamaha-55" markalı, "Mİ-912" bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları