Şəmkir rayonunun bəzi ərazilərində müvəqqəti qaz olmayacaq.
Yurd.Media xəbər verir ki, diametri 1020 mm-lik "Qazməmməd–Qazax" I xətt yüksək təzyiqli magistral qaz kəmərində qaz kranının və baypas kranlarının dəyişdirilməsi ilə əlaqədar 25 iyun saat 09:00-dan etibarən 3 gün müddətində rayonun bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.
Qeyd edək ki, aparılacaq təmir işləri ilə əlaqədar qazın verilməsində Şəmkir şəhəri (Morul və Sərxan yaşayış sahələri), Zəyəm qəsəbəsi, Zəyəm Cırdaxan, Düyərli, Sabirkənd, Sarıtəpə, Şiştəpə, İrmaşlı, Çənlibel, Hacıallar, Şeidlər, Qasımallar və Göyməmmədli kəndlərində fasilə olacaq.