SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Səfirlik maşınlarını hərracda satacaq

Səfirlik maşınlarını hərracda satacaq

  • 10 sentyabr 2026, 22:19

Səfirlik istifadədə olmuş müxtəlif əşyaları satışa çıxarmağa hazırlaşır.

Yurd.Media "Operativ Media"ya istinadən xəbər verir ki, ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş kompüter avadanlıqları, avtomobillər və müxtəlif əşyaların satışı ilə bağlı onlayn hərrac keçirəcək.

Hərrac 14 sentyabr 2026-cı il, bazar ertəsi saat 10:00-da başlayacaq və 16 sentyabr 2026-cı il, çərşənbə günü saat 12:00-da başa çatacaq.

Hərrac Bakı vaxtı ilə onlayn formatda keçiriləcək. İştirak etmək istəyən şəxslər hərracın qaydaları və satışa çıxarılan əşyaların fotoşəkilləri ilə tanış olmaq üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat və hərracda iştirak üçün rəsmi platformadan istifadə etmək mümkündür.

Qalib gələn şəxslər etibarlı, fotoşəkilli şəxsiyyəti təsdiq edən sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.

Ətraflı məlumat üçün 050-221-83-29 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Skat.az - Ev və Avtomobil elanları