Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 396,1 min ton ət istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% çoxdur.
8 ay ərzində Azərbaycanda 10 057,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
Bu, 1 il əvvələ nisbətən 2,6% çoxdur.