SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Ölümcül qəza öncəsi HƏYƏCAN TƏBİLİ: Turistlər “zipline”da yolda qalıb

Ölümcül qəza öncəsi HƏYƏCAN TƏBİLİ: Turistlər “zipline”da yolda qalıb

  • 10 sentyabr 2026, 20:07
Şəki

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən “zipline” qəzasından əvvəl də kanat xəttində nasazlıq yaşandığı məlum olub.

Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib.

Turistlər “zipline” miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və “zipline”dən endirib. 

Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nin kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb. 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Skat.az - Ev və Avtomobil elanları