SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Yol polisindən ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə MÜRACİƏT

Yol polisindən ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə MÜRACİƏT

  • 12 sentyabr 2026, 11:16

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib.

Yurd.Media xəbər verir ki, müraciətdə deyilir:

"Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin –Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır".

"Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımı nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır",- məlumatda deyilir.

Skat.az - Ev və Avtomobil elanları