Dövlət və hökumət rəsmiləri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər.
Yurd.Media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Dövlət Komitəsinin kollektivi müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüb.
Medianın İnkişafı Agentliyi, Audiovizual Şura üzvləri, eləcə də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA ) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavinləri və müşavirləri, eləcə də struktur bölmə rəhbərlərinin, tabeli tibb müəssisələrinin direktorlarının iştirakı ilə də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.