Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Yurd.Media xəbər verir ki, açılış oyununda "Qarabağ" klubu "İmişli"nin qonağı olub.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub.
"Qarabağ"ın heyətində Kadi Borges, "İmişli"də isə Diequ Almeyda qırmızı vərəqə ilə meydandan qovulublar.
Günün ikinci oyununda "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazanıb - 1:0.
Yeganə qolu 20-ci dəqiqədə Davit Volkov rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bakı klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu - 12-ci yerdədir.