Azərbaycan Premyer Liqasında bu gün XX tura start veriləcək.
Yurd.Media xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.
"İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Qarabağ"la üz-üzə gələcək. İmişli təmsilçisi hazırda 19 xalla 9-cu pillədə qərarlaşıb. 42 xala malik "Qarabağ" isə ikincidir.
Günün son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək. Bakı klubu 32 xalla 4-cü yerdədir. 6 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-ci pillədədir.