SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qarabağın iki futbolçusu Avropa və Asiya klublarının HƏDƏFİNDƏ

"Qarabağ"ın iki futbolçusu Avropa və Asiya klublarının HƏDƏFİNDƏ

  • 13 fevral 2026, 22:32

"Qarabağ" klubunun daha iki futbolçusu Avropa və Asiya klublarının hədəfindədir.

Yurd.Media "Sportinfo.az"a istinadən xəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.

Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri "köhlən atlar"a bu qədər təzminat ödəməyə hazırdır.

Sol cinah oyunçusunun "Qarabağ"la kontraktı gələn ilin yayında başa çatacaq. 

Leandro Andrade də Asiyadan çox sərfəli təklif alıb. Kabo-Verde yığmasının üzvünün son vaxtlar zəif təsir bağışlamasının səbəbi də budur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları