Paralimpiya Oyunlarının qalibi olan Azərbaycan atleti Lamiyə Vəliyeva yeni rekord sahibi oldu.
Azərbaycan Atletika Federasiyasından Yurd.Media-ya bildirilib ki, L.Vəliyeva ölkə rekorduna imza atıb.
İdmançı 42-ci Azərbaycan çempionatında (qapalı məkanda) 200 metr məsafəyə qaçışda 24.60 saniyə ilə buna nail olub.