"Qarabağ"ın kapitanı Abdullah Zubir Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında "Nyukasl"la düşməsi ilə bağlı fikirlərini bildirib.
Yurd.Media xəbər verir ki, "Le Figaro” qəzetinə müsahibə verən fransalı futbolçu məyus olduğunu dilə gətirib:
"Şəxsən mən məyus oldum. Çüni "Park de Prens”ə yollanaraq, orada oynamaq istəyirdim. Mən fransızam və Çempionlar Liqasının hazırkı qalibinə qarşı (PSJ – red) oynamaq əla olardı. Bu, sadəcə mənim şəxsi fikrimdir. Komanda yoldaşlarımın bu fikrimi paylaşıb-paylaşmadığını bilmirəm(gülür)”.