SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qarabağ Çempionlar Liqasının NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ

"Qarabağ" Çempionlar Liqasının NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ

  • 29 yanvar 2026, 01:51

"Qarabağ" İngiltərədə böyükhesablı məğlubiyyətə uğrasa da Çempionlar Liqasında növbəti mərhələyə adladı.

Yurd.Media xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) "Qarabağ"ı 5:0 hesabı ilə məğlub edib.

"Enfild" stadionunda keçirilən qarşılaşmada ev sahibləri Aleksis Makallisterin 15-ci dəqiqədə vurduğu qolla önə çıxıblar.

21-ci dəqiqədə Florian Virts hesabı 2:0 edib.

Slovakiyalı FIFA referisi İvan Krujlyakın idarə etdiyi oyunun ikinci hissəsində də "Liverpul" qollarına davam edib.

Əvvəlcə 50-ci dəqiqədə Məhəmməd Salah cərimə zərbəsindən sonra qapını dəqiq nişan alıb.

57-ci dəqiqədə Yoqo Ekitike hesabı 4:0 edib.

60-cı dəqiqədə Aleksis Makallister dubl müəllifi olaraq hesabı 5:0-a çatdırıb.

Matçın 90+1-ci dəqiqəsində Kyeza adını tabloya yazdırıb - 6:0.

Böyükhesablı məğlubiyyətə baxmayaraq 10 xal toplayan "Qarabağ" Çempionlar Liqasında növbəti mərhələyə adlayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları