SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şahdağda qar voleybolu üzrə Azərbaycan kuboku

Şahdağda qar voleybolu üzrə Azərbaycan kuboku

  • 25 yanvar 2026, 19:21
Qusar

Şahdağ Turizm Mərkəzində qar voleybolu üzrə Azərbaycan kuboku keçirilib.

Yurd.Media xəbər verir ki, turnirin son günündə qadınların yarışında üç qarşılaşma keçirilib.

Dairəvi sistemlə təşkil olunan oyunların yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşib.

Qadınların yarışında bütün oyunlarda qalib gələn "Gəncə" kollektivi (4 qələbə, 12 xal) birinci yeri tutub.

"Milli" komandası (3 qələbə, 8 xal) ikinci, "Azərreyl" isə (2 qələbə, 6 xal) üçüncü olub.

Kişilərin yarışında "Baku Fires" üçüncü yerə çıxıb. Finalda "Qaraqaya" kollektivini üstələyən "Azərreyl" turnirin qalibi adını qazanıb.

Yarışın sonunda mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, kubok, medallar təqdim olunub.

Mükafatları Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov və və digər rəsmi qonaqlar təqdim ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları