Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Turan Tovuz”la “Sumqayıt” qarşılaşacaq. Saat 16:00-da start götürəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Son oyunda isə “Sabah” “Karvan-Yevlax”ı qəbul edəcək. “Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşmanın start fiti saat 18:30-da eşidiləcək.
Qeyd edək ki, XVIII turun oyunları 30 yanvar - 1 fevral tarixlərində keçiriləcək.