SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kəpəz Çempionlar Liqasında mərhələ adlayan Qarabağı məğlub edib

"Kəpəz" Çempionlar Liqasında mərhələ adlayan "Qarabağ"ı məğlub edib

  • 24 yanvar 2026, 19:18

Misli Premyer Liqasının XVII turunda "Kəpəz" son Azərbaycan çempionu "Qarabağ"ı məğlub edib.

Yurd.Media xəbər verir ki, "Azərsun Arena"da baş tutan görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

24-cü dəqiqədə Ryonosuke Ohori hesabı açıb. Matçın 55-ci dəqiqəsində Ehtiram Şahverdiyev fərqi 2 topa çatdırıb.

Beləliklə xallarının sayını 12-yə çatdıran Gəncə klubu turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. "Qarabağ" isə 36 xalla ikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib.

XVII tura yanvarın 25-də yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları