SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycan futbolçuları Portuqaliya ilə tarixi heç-heçədən sonra nə qədər qonorar almışdı? - VİDEO

Azərbaycan futbolçuları Portuqaliya ilə tarixi heç-heçədən sonra nə qədər qonorar almışdı? - VİDEO

  • 27 yanvar 2026, 14:26

Azərbaycan milli komandası Portuqaliya yığması ilə 1999-cu ildə Avropa çempinatının seçmə mərhələsində Bakıda 1:1 hesabı ilə heç-heçə etmişdi.

Görüşün 51-ci dəqiqəsində komandamız Zaur Tağızadənin qolu ilə hesabda önə çıxdı. Portuqaliya yığması yalnız görüşə əlavə edilmiş vaxtda Luiş Fiqonun qolu ilə məğlubiyyətdən qaça bilib.

Futbol üzrə Azərbaycan milli yığmasının həmin oyunda kapitanı olmuş Tərlan Əhmədov Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında "Yurddaş" verilişində müsahibəsində  həmin oyunla bağlı xatrirələrini bölüşüb.

Onun sözlərinə görə, yaranmış texniki problemə görə Portuqaliya ilə Bakıda ard-arda iki gün oynamaq məcburiyyətində qalıblar:

"Oyunun birinci hissəsindən sonra problem yaşandı. 2 saat meydanda qalmışdıq. Sonra isə gecə 2-də hotelə getmişik, gecəni həyacandan yatmamışıq və sabah saat 4-də yenidən oyuna çıxdıq. Amma istək var idi". 

T.Əhmədov bildirib ki, həmin oyunda Portuqaliyaya qrupdan çıxmağı təmin etmək üçün qələbə lazim idi, lakin cəmi 1 xalla kifayətlənməli oldular.

Millinin futbolçularına həmin oyundan sonra verilən premiya barədə danışan kapitan qeyd edib ki, xahişlə qonorarı artırıblar:

"Həmin oyundan sonra 2500 dollar mükafat vermişdilər. Uşaqlar dedilər ki, sən kapitansan Fuad müəllimə denən biraz artırsınlar qonorarı, danışdım sonra 500 dollar da artırdılar". 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları