“Yurddaş” verilişinin növbəti buraxılışı təqdim olunub.
Yurd.Media-nın baş redaktoru Murad Əliyevin qonağı uzun illər futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədovdur.
Veteran futbolçu ilə milli komandanın bugünkü vəziyyəti, uşaq futbol akademiyalarımızın durumu, bölgə futbolunun inkişafına mane olan məsələlər, klubların infrastruktur problemi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yurddaş” layihəsinin ilk qonağı deputat Razi Nurullayev olmuşdu.