Azərbaycan Premyer Liqasının XVIII turunda 2 oyun keçirilib.
Yurd.Media xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda "Kəpəz" "Şamaxı" ilə görüşüb və 2:0 hesabı ilə məğlub olub.
"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci sıraya yüksəliblər. "Kəpəz" isə 12 xalla 11-ci pillədə yer alıb.
Günün ikinci oyununda lider "Sabah" "Zirə"yə qalib gəlib.
Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
"Bayquşlar"ın heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) fərqləniblər.
Ev sahiblərinin qolunu isə David Volkov (83) vurub.
Turnir cədvəlinə 43 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir.
Qeyd edək ki, turun əvvəlki görüşündə "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. XVIII tura fevralın 1-də yekun vurulacaq.