SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycan Premyer Liqasının lideri növbəti oyuna çıxır

Azərbaycan Premyer Liqasının lideri növbəti oyuna çıxır

  • 08 fevral 2026, 12:56

Azərbaycan Premyer Liqasında bu gün XIX tura start veriləcək.

Yurd.Media xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş Bank Respublika Arenada, saat 16:00-da start götürəcək.

"Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan "Araz-Naxçıvan"ın 27 xalı var.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək.

"Sumqayıt" hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları