SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Sabah liderliyini möhkəmləndirdi, Zirə üçüncü pillədə

"Sabah" liderliyini möhkəmləndirdi, "Zirə" üçüncü pillədə

  • 08 fevral 2026, 20:52

Azərbaycan Premyer Liqasının XIX turunda iki görüş baş tutub.

Əvvəlcə "Sabah" evdə "Araz-Naxçıvan"ı məğlub edib.

"Bank Respublika Arena"da baş tutan görüş Bakı klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın qollarını Umarali Raxmonaliyev (9-p.), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) rəqib qapısından keçiriblər. "Araz-Naxçıvan"ın heyətində isə Felipe Santos (86) fərqlənib.

Bununla da xallarının sayını 46-ya çatdıran Bakı təmsilçisi turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. 27 xala malik "Araz-Naxçıvan" 6-cı pillədədir.

Günün ikinci oyununda "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "Zirə"nin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24) və Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən "Zirə" üçüncü pillədə yer alıb. 30 xala malik "Sumqayıt" isə beşincidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları