Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında sürpriz nəticələr qeydə alinib.
Şamaxı şəhər stadionunda "Qarabağ" "Şamaxı"ya məğlub olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Qonaqlardan Musa Qurbanlı 76-cı dəqiqədə adını tabloya yazdırıb.
"Turan Tovuz" isə "Azərsun Arena"da "Kəpəz"ə qalib gəlib.
Tovuz kollektivi 1:0 hesablı qələbə qazanıb.
Qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.
Bu raundda sevinən tərəf növbəti mərhələdə "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.
Qeyd edək ki, bu raundun digər matçında "Sabah" "Qəbələ" ilə qolsuz bərabərə qalıb.