SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Piyadanın ölümünə səbəb olan qəza törədən DSMF filial müdiri işdən çıxarılıb

Piyadanın ölümünə səbəb olan qəza törədən DSMF filial müdiri işdən çıxarılıb

  • 02 iyun 2026, 11:16
Şəki

Bir il əvvəl piyadanın ölümünə səbəb olan qəza törədən DSMF filial müdiri işdən çıxarılıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki–Zaqatala regional filialının müdiri Turan Əsədov vəzifəsindən azad olunub.

Bununla bağlı imzalanan əmrə əsasən, o, iyunun 1-dən etibarən filial müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, T.Əsədov ötən ilin martında xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan piyadanı vuraraq qəza törədib. Həmin vaxt DSMF-nin yaydığı məlumatda bildirilib ki, T.Əsədov hadisədən dərhal sonra yaralı piyadanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları