SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Pəncərədən zibil atan şirkət rəhbəri 4 min manat cərimələnəcək

Pəncərədən zibil atan şirkət rəhbəri 4 min manat cərimələnəcək

  • 23 iyul 2026, 22:22

Pəncərədən zibil atan şirkət rəhbəri 4 min manat cərimələnəcək.

Yurd.Media xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə uyğun olaraq, məişət tullantılarının müəyyən olunmuş tutumlardan və ya urnalardan kənar yerlərə atılmasına görə məsuliyyət nəzərdə tutulur.

"Belə hallarda fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə olunurlar. Bu norma ətraf mühitin qorunması, şəhər və kəndlərin sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilir. Qanunun əsas məqsədi ictimai yerlərin təmiz saxlanılmasını təmin etmək, tullantıların nəzarətsiz şəkildə ətrafa atılmasının qarşısını almaq və vətəndaşlarda ekoloji məsuliyyət hissini gücləndirməkdir. Eyni zamanda, bu qaydaların pozulması yalnız cərimə ilə deyil, həm də ictimai mədəniyyət və şəhər mühitinə birbaşa mənfi təsir göstərdiyi üçün ciddi hüquqi məsuliyyət daşıyır", - hüquqşünas bildirib.

Beləliklə, qanunvericilik məişət tullantılarının yaşayış binalarından və ya müəyyən olunmuş yerlərdən kənara atılmasına görə inzibati məsuliyyət müəyyən edir və bu cür hallara görə yüksək məbləğdə cərimələr nəzərdə tutur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları