Paytaxtda abadlıq işləri üçün daha 3 milyon manatlıq layihəyə başlanılır.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Məlumata görə, layihələndirmə işlərini həyata keçirəcək şirkət müəyyənləşib və Bakı Şəhər İcra Hakimiyyətinin yaxın günlərdə onunla müqavilə bağlayacağı gözlənilir.
Layihə-smeta sənədlərinin hazırlanması 3 milyon manata başa gələcək.