Bugün daha 17 ailə Laçın şəhərinə köçüb.
Yurd.Media xəbər verir ki, bu mərhələdə şəhərə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinə də növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Hadrut qəsəbəsinə bu gün altı ailə olmaqla, 26 nəfər köçüb.
Həmçinin bu gün Qırmızı Bazar qəsəbəsinə köçən 18 ailə (90 nəfər) də artıq doğma yurd-yuvalarına çatıb.
Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı da ünvana yetişib. Bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.
