SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Ölümündən qabaq özünə QR-kodlu məzar daşı sifariş edib - VİDEO

Ölümündən qabaq özünə QR-kodlu məzar daşı sifariş edib - VİDEO

  • 01 dekabr 2025, 19:33

Azərbaycanda ağır xəstəlikdən sağalan şəxs özünə məzar qazdırıb, başdaşı düzəltdirib.

Yurd.Media xəbər verir ki, 71 yaşlı İmaməli Cavadov sağlığında düzəltdirdiyi başdaşının üzərinə QR-kod əlavə etdirib. QR-kod vasitəsilə onun məzarına gələnlər Cavadov haqqında məlumat əldə edə biləcəklər.

O bildirir ki, üç övladı var və övladları bu işi atasının özünün həyata keçirməsini daha məqsədəuyğun hesab ediblər.

Məzar daşlarına QR-kod yerləşdirən mütəxəssis "Xəzər Xəbər"ə bunun ilk belə sifariş olduğunu deyib. Onun sözlərinə görə, sağ ikən öz başdaşını sifariş edən şəxslə qarşılaşmaq onu təəccübləndirib.

İmaməli Cavadov qeyd edib ki, atası ona sadə başdaşı vəsiyyət edib. Buna görə o da ata-anasının məzar daşından hündür olmayan sadə bir başdaşı hazırlatdırıb.

Prime Leasing
SPE Annual Caspian