Həyata keçirilən nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə həyata keçirilir, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən xəbər verilib.
Nazirlikdən bildirilib ki, son günlər Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur:
"Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur".