Azərbaycan Mərkəzi Bankından lisenziya almış 12 investisiya şirkətinin səhmdarları ümumilikdə 6 hüquqi və 8 fiziki şəxsdir.
Yurd.Media apardığı araşdırmaya görə, investisiya şirkətlərindən 4-nün sahibi banklardır. Bunlar, “Unicapital”, “Xalq Kapital”, “ABB-İnvest” və “Capital Partners”dir. İlk 3-nün adından onların hansı banklara məxsus olduğu məlum olur, 4-cünü isə “Rabitəbank” təsis edib.
“PAŞA Kapital” isə ilk baxışdan “PAŞA Bank”a məxsus olduğu fikri yaratsa da, onun təsisçisi elə bankın daxil olduğu “PAŞA Holdinq”dir.
“CFİ Financial”ın səhmlərinin isə 90%-i dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group”a, 10%-i isə İlqar Rüstəmbəyliyə məxsusdur. O, investisiya şirkətinin Müşahidə Şurasının sədridir.
“İnvest-Az” Elşən Quliyev və Ceyhun Abdullayevə, “İnno Kapital” Faiq Məmmədova, “Assist Finance” Ruslan Cəfərova, “MFX-Trading” Samir Xəlilova, “CPM-İnvest” Kəmalə Məmmədovaya, “Troni” isə Siyavuş Şəfiyevə məxsusdur.