Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatına 11 374,5 milyon manat investisiya qoyulub.
Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azdır.
8 ay ərzində əsas kapitala yönəldilmiş investisiyaların 8 752,8 milyon manatını və yaxud 77%-ni daxili investisiyalar təşkil edib. Bu nisbət 1 il bundan əvvəl 83,1% olub.