Azərbaycan Mərkəzi Bankı (AMB) Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətinə məxsus “SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini cərimə edib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Belə ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın isə 3.3-cü bəndinin tələblərinin pozulduğu üzə çıxıb.
Odur ki, kredit təşkilatının vəzifəli şəxsi 1 500 manat cərimə olunub.
“SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.