Yaxın günlərdə Maliyyə Nazirliyi “2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” sənədi yayacaq.
Yurd.Media xəbər verir ki, Sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, büdcə qaydasına əsaslanan yeni makro-fiskal çərçivəyə uyğun olaraq icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair nazirliyin baxışlarını özündə əks etdirəcək.
Açıqlamada həmçinin, 2026-cı il və növbəti üç il üzrə icmal və dövlət büdcəsinin proqnoz parametrləri də əks olunacaq.
Büdcə prosesinin növbəti mərhələlərində — “2026-cı il üçün dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənə qədər qeyd edilən parametrlərə dəyişikliklərin edilməsi mümkündür.